Bu il müəllimlərin sertifikasiya imtahanının keçiriləcəyi tarix açıqlanıb

Tarix: 28 Apr 2026 12:14

“Bu il sertifikasiyanın sonuncu mərhələsidir. Bütün fənn müəllimləri sertifikasiyadan keçib”.

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu ilə qədər 80 mindən çox müəllim sertifikasiyadan keçib: “Bu il isə ümumilikdə 100 mindən çox müəllim sertifikasiyadan keçəcək”.

Agentlik sədri qeyd edib ki, 90 min müəllimin əməkhaqqısı differensial qaydada tənzimlənəcək.

Eşqi Bağırov bildirib ki, sertifikasiya prosesi 17-25 iyun tarixində keçiriləcək.

Eşqi Bağırov onu da qeyd edib ki, bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.

O əlavə edib ki, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.

Gülcahan İmanqızı sertifikasiya təhsil müəllim MÜDTA

Xəbər Lenti