Çərşənbə, 29 Aprel, 2026
Tarix: 29 Apr 2026 14:22
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxması onun suveren qərarıdır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Rusiyanın BƏƏ-nin qərarına hörmətlə yanaşdığını vurğulayıb.
Kreml rəsmisi Rusiyanın OPEC+ təşkilatından çıxmayacağını bəyan edib.
“Moskva ümid edir ki, BƏƏ-nin OPEC+ təşkilatından çıxması bu formatın sonuna gətirib çıxarmayacaq”, - Peskov əlavə edib.
Qeyd edək ki, BƏƏ mayın 1-dən OPEC və OPEC+ təşkilatlarını tərk edəcək.
Fərid Əkbərov Kreml OPEC BƏƏ