Britaniyanın RAF Valley bazasının yaxınlığında təyyarə qəzaya uğrayıb

Britaniyanın RAF Valley bazasının yaxınlığında təyyarə qəzaya uğrayıb

Tarix: 23 Sep 2026 16:57

Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus “Hawk” təyyarəsi Uelsin Anqlsi adasındakı RAF Valley hərbi hava bazası yaxınlığında qəzaya uğrayıb.

“UK Defence Journal”ın məlumatına görə, hadisə sentyabrın 23-də günortadan sonra baş verib.

Hadisəni müşahidə edən şəxslər təyyarənin havaya qalxmasından sonra alov gördüklərini və onun kəskin şəkildə yuxarı qalxdığını bildiriblər.

Məlumata görə, təyyarədəki hər iki ekipaj üzvü katapult edib. Hadisə yerinə hava təcili yardım və Sahil Mühafizəsinin helikopteri göndərilib. Ekipaj üzvlərinin vəziyyətinin ağır olmadığı bildirilir. Hadisənin səbəbləri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

RAF Valley bazası “Hawk T2” təlim təyyarələrinin istifadə olunduğu və Britaniya Hərbi Hava Qüvvələrinin pilotlarının hazırlıq keçdiyi mərkəzlərdən biridir.

İlqar Xudiyev Böyük Britaniya Hawk təyyarəsi RAF Valley hərbi hava bazası

Mənbə: apa.az

Xəbər Lenti