Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 15:14
Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı Naxçıvanda icra olunub.
APA-nın yerli bürosu xəbər verir ki, əfv olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən iki əcnəbi də var.
Belə ki, Türkiyə vətəndaşları Demir Mehmet və Özdemir Salih azadlığa buraxılıblar.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Ceyhun Məmmədov Əfv sərəncamı Naxçıvan icra

Mənbə: apa.az