Nazir müavini: Məktəblərin 63 faizinin internetə qoşulmaq imkanı var, 6 şagirdə 1 kompüter düşür

Tarix: 01 May 2026 10:45

"Təhsilin rəqəmsallaşması sürətlə aparılır".

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib.

O bildirib ki, məktəblərin 63 faizinin internetə qoşulmaq imkanı var, gələcəkdə bu imkan bütün məktəblərə şamil ediləcək:

“Hazırda 6 şagirdə 1 kompüter düşür. Biz bunu hər şagirdə 1 kompüter düşmək səviyyəsinə çatdırmaq istəyirik".

Gülcahan İmanqızı

Xəbər Lenti