Çərşənbə axşamı, 5 May, 2026
Tarix: 05 May 2026 15:01
İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Invest tətbiqi vasitəsilə PAŞA Bank-ın səhmlərini onlayn qaydada əldə edə bilərlər. Yelo Invest vasitəsilə IPO-da iştirakın üstünlükləri: ✔️ Bir səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN-dir; ✔️ Minimum alış cəmi 1 səhmdən başlayır, maksimum limit isə tətbiq olunmur; ✔️ Abunə dövründə (12 mayadək) əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır; ✔️ Banka gəlmədən, birbaşa mobil tətbiqdə Yelo Invest üzərindən sürətli abunə yazılışı. Yerləşdirmə Bakı Fond Birjası vasitəsilə həyata keçirilir və investorlar üçün şəffaf gəlir imkanı yaradır. Vaxt itirmədən Yelo App-ə daxil olaraq bu fürsətdən yararlana və investisiya portfelini dəyərli aktivlərlə zənginləşdirə bilərsən. Yelo Invest: https://ylb.az/invest. Yelo Invest haqqında əlavə suallarınız (məs: investisiya şirkətləri hansılardır?) var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. Yelo Bank – Parlaq bankçılıq!
APA-Economics PAŞA Bank Yelo Invest