Çərşənbə axşamı, 5 May, 2026
Tarix: 05 May 2026 16:15
AccessBank müxtəlif peşə sahibləri üçün sərfəli şərtlərlə 50 000 AZN-dək nağd kredit məhsulu təqdim edir.
Kampaniya çərçivəsində vergi, gömrük, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlər daha da əlçatan edilib və kampaniyanın müddəti uzadılıb. Təklifə əsasən, müştərilərə mövcud tariflərlə müqayisədə illik faiz dərəcəsinə 7%- dək endirim tətbiq olunur və nəticədə maksimum illik faiz dərəcəsi 24%-dən 17%-ə endirilir.
Nağd kredit üzrə illik faiz dərəcəsi minimum 10% təşkil edir. Kreditin faktiki illik faiz dərəcəsi (FİFD) 14,46%-dən başlayır və kreditin müddəti, məbləği və tətbiq olunan komissiyadan asılı olaraq dəyişə bilər. Komissiya 1–4% aralığında, kredit müddəti isə 6 aydan 48 ayadək müəyyən olunub.
Kampaniya 1 aprel 2026-cı il tarixində başlayıb və 30 iyun 2026-cı il tarixinədək davam edəcək.
Nağd kredit məhsulları və təklif edilən güzəştlər barədə daha ətraflı: https://www.accessbank.az/az/private/kredit/
Bununla yanaşı, ilk dəfə olaraq neft-qaz sektoru və prokurorluq orqanlarında çalışan şəxslər üçün Nağd Kredit məhsulu üzrə mövcud maksimum 24% illik faiz dərəcəsindən 6,5 %- dək endirim tətbiq edilməklə daha sərfəli şərtlər təqdim edilir.
Nağd Kredit üzrə illik faiz dərəcəsi minimum 10,5%, maksimum 17,5% təşkil edir. Kreditin faktiki illik faiz dərəcəsi (FİFD) 14,46%-dən başlayır və kreditin müddəti, məbləği və tətbiq olunan komissiyadan asılı olaraq dəyişə bilər. Komissiya 1–4% aralığında, kredit müddəti isə 6 aydan 48 ayadək müəyyən olunub.
APA-Economics AccessBank peşə sahibləri Nağd Kredit endirim kampaniya bank