Qlobal fond bazarlarında əsas indekslər yüksəlib

Tarix: 06 May 2026 07:39

Qlobal fond bazarlarında əsas indekslər günü artımla başa vurub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 0,73% və ya 356,35 bənd artaraq 49 298,25 bəndə, “S&P 500” indeksi 0,81% və ya 58,47 bənd yüksələrək 7 259,22 bəndə, “Nasdaq” indeksi isə 1,03% və ya 258,33 bənd bahalaşaraq 25 326,13 bəndə çatıb. “NYSE Composite” indeksi 0,50% artaraq 23 008,67 bənd olub. Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,21% azalaraq 33 566,91 bəndə enib.

Avropa bazarlarında da əsasən müsbət dinamika qeydə alınıb. “Euro Stoxx 50” indeksi 1,84% və ya 106,02 bənd yüksələrək 5 869,63 bəndə, Almaniyanın “DAX” indeksi 1,71% və ya 410,43 bənd artaraq 24 401,70 bəndə, Fransanın “CAC 40” indeksi isə 1,08% və ya 86,19 bənd bahalaşaraq 8 062,31 bəndə çatıb. İspaniyanın “IBEX 35” indeksi 1,80% artaraq 17 667,70 bənd olub. Böyük Britaniyanın “FTSE 100” indeksi isə 1,40% və ya 144,82 bənd azalaraq 10 219,11 bəndə düşüb.

Asiya-Sakit okean regionunda da əsas indekslər artım nümayiş etdirib. Yaponiyanın “Nikkei 225” indeksi 0,38% yüksələrək 59 513,12 bəndə, “Topix” indeksi 0,04% artaraq 3 728,73 bəndə çatıb. Honq-Konqun “Hang Seng” indeksi 1,10%, Çinin “CSI 300” indeksi 1,64%, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,87% artıb. “MSCI AC Asia Pacific” indeksi də 2,05% yüksələrək 261,89 bənd olub.

Analitiklərə görə, bazarların yüksəlməsinə əsas səbəb kimi ABŞ-da texnologiya şirkətlərinin güclü maliyyə nəticələri, süni intellekt sektoruna marağın artması və investorların ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimlərinə yaxınlaşacağına dair gözləntilərinin güclənməsi göstərilir. Avropada isə müdafiə və sənaye sektorlarında alışların artması indeksləri dəstəkləyib.

Rahim Tarıverdiyev

Xəbər Lenti