Dünya bazarında neft 2 dollara yaxın ucuzlaşıb

Tarix: 06 May 2026 09:15

Dünya bazarında neft 2 dollara yaxın ucuzlaşıb.

“APA-Economics” xəbər verir ki, NYMEX birjasında WTI markalı neftin iyun fyuçersləri 1,85% və ya 1,89 dollar azalaraq 1 barel üçün 100,38 ABŞ dolları təşkil edib.

Londonun ICE birjasında isə “Brent” markalı neftin iyul fyuçersləri 1,68% və ya 1,85 dollar azalaraq 1 barel üçün 108,02 ABŞ dolları olub.

Neft qiymətlərində azalma investorların Yaxın Şərqdə gərginliyin daha da genişlənməyəcəyi ilə bağlı gözləntiləri və bazarda mənfəət realizasiyası ilə əlaqələndirilir.

Rahim Tarıverdiyev neft birja Brent WTI

Xəbər Lenti