Azərbaycanda kənd təsərrüfatı kreditlərinə faiz subsidiyası tətbiq ediləcək

Tarix: 06 May 2026 11:23

Azərbaycanda kənd təsərrüfatı sektorunda maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə kreditlər üzrə faiz subsidiyası tətbiq olunacaq.

"APA-Eonomics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən "V Aqrobiznesin İnkişafı Forumu"nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə başçısının fərmanı ilə kənd təsərrüfatı sektorunda maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsinə dair fərman təsdiq edilib. Bu fərman faiz subsidiyası mexanizminin tətbiqini şərtləndirir. Belə ki, bankların və bank olmayan kredit təşkilatlarının öz vəsaitləri hesabına verdikləri kreditlər üzrə faizlərin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmi tətbiq edilib.

"Bu məqsədlə 2026-cı il dövlət büdcəsindən 10 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Hazırda mexanizmin tətbiqi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi və bank sektoru ilə müzakirələr davam etdirilir", - deyə o vurğulayıb.

Sədr müavini qeyd edib ki, subsidiyalaşdırılan kreditlər yalnız istehsal vasitələrinin alınmasını deyil, eyni zamanda xidmət xərclərinin maliyyələşdirilməsini də əhatə edəcək.

İlahə Səlimova kənd təsərrüfatı kredit subsidiya

Xəbər Lenti