Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 11:19
Cari ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 5,5 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.
"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, 2027-ci ildə isə AMB cari əməliyyatlar balansının profisitinin 4,4 mlrd. dollar olacağını proqnozlaşdırıb:
"Bunun əsas səbəbi AMB neft və qaz qiymətləri üzrə yeni proqnozudur. Belə ki, Mərkəzi Bank neftin orta qiymətini 2026-cı il üzrə 84,5dollar, 2027-ci il üzrə 74,5 dollar müəyyən edib. Qazın min kubmetrinin qiyməti 2026-cı il üzrə 324 dollar, 2027-ci il üzrə 290 dollar proqnozlaşdırılıb".
Rahim Tarıverdiyev AMB Mərkəzi Bank Taleh Kazımov cari əməliyyatlar balansı profisit