Azərbaycanın strateji valyuta ehtiyatları 88 mlrd. dollara yaxınlaşıb

Tarix: 06 May 2026 11:16

Azərbaycanda strateji valyuta ehtiyatları mayın 1-nə 3,4 faiz və ya 2,9 mlrd. dollar artaraq 87,9 mlrd. dollara çatıb.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmətlərin idxalına imkan verir.

“Strateji valyuta ehtiyatları geniş manat kütləsinin (M2) 3,7 dəfə üstələyir”, - AMB sədri əlavə edib.

Rahim Tarıverdiyev AMB Mərkəzi Bank Taleh kazımov bank sektoru valyuta ehtiyatları dollar

Xəbər Lenti