Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 11:15
Azərbaycanda banklar tərəfindən kənd təsərrüfatı sektoruna ayrılan kreditlərin həcmi 2,1 milyard manat təşkil edib.
"APA-Eonomics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən "V Aqrobiznesin İnkişafı Forumu"nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artıb:
"Ümumiyyətlə, tikinti və nəqliyyat sektoru ilə birgə kənd təsərrüfatı sektoru banklarımızın biznes kredit portfelinin əsas drayverlərindən biri kimi çıxış edir və bu da sevindirici haldır. Banklarda olan aqrar portfelin 82%-i bankların öz vəsaitləri hesabına verilmiş kreditlərdən ibarətdir, 18%-i dövlət fondları vasitəsilə maliyyələşmiş kreditlərdir. Burada Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin rolunu xüsusilə vurğulamaq istərdik. Bu agentlik xətti ilə verilmiş kənd təsərrüfatı kreditlərinin həcmi 66 milyon manatı ötüb. Eyni zamanda, Azərbaycan Biznesin İnkişafı Fondu xətti ilə verilmiş kreditlərin təxminən 40%-i aqrar sahəyə verilmiş kreditlərdən ibarətdir".
İlahə Səlimova AMB kredit aqrar sektor