Azərbaycanda əkin subsidiyasından məhsul subsidiyasına keçid planlaşdırılır

Tarix: 06 May 2026 12:21

Hal-hazırda strateji istiqamətimiz əkin subsidiyasından məhsul subsidiyasına keçid etməkdir.

"APA-Eonomics" xəbər verir ki, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov jurnalistlərə açıqlamasında bildirib.

"Əvvəlki illərdə, biz pambıq, şəkər çuğunduru və tütünə görə məhsul subsidiyası verirdiksə, artıq günəbaxan, qarğıdalı, soya, alma və nar bitkisinə görə də məhsul subsidiyası verəcəyik. Eyni zamanda dövlət damazlıq heyvanların dəyərinin 60%-nə subsidiya tətbiq edir. Yəni fermerlərin satın aldıqları damazlıq heyvanların 60%-i dövlət tərəfindən maliyyələşdirilir. Kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqların isə 40%-i dövlət tərəfindən ödənilir", - deyə o bildirib.

O həmçinin vurğulayıb ki, hər il 400 mindən çox fermerə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən əkin subsidiyası ödənilir və bu subsidiyalar 1,2 milyon hektar əkin sahəsini əhatə edir.

Sədr onu da qeyd edib ki, son 5 il ərzində Azərbaycanda müasir suvarma sistemlərinin dəyərinin subsidiyalaşdırılması nəticəsində 46 min hektardan çox ərazidə müasir suvarma sistemləri quraşdırılıb.

İlahə Səlimova Aqrar Kredit və İnkişaf Agentliyi Yalçın Camalov əkin subsidiyası

Xəbər Lenti