Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 13:02
Yeni qəbul olunmuş qaydalara uyğun olaraq, banklar tərəfindən yaşıl kreditlər və dayanıqlı maliyyə istiqamətində həyata keçirilən tədbirlərlə bağlı Mərkəzi Banka hesabatlılıq tələbləri tətbiq edilib.
"APA-Eonomics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Toğrul Əliyev Bakıda keçirilən "V Aqrobiznesin İnkişafı Forumu"nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sözügedən hesabatlılıq mexanizmi bu aydan etibarən qüvvəyə minir.
"Eyni zamanda, digər bir tələbimizlə 2027-ci ildən etibarən banklar tərəfindən ictimaiyyətə, ümumiyyətlə, dayanıqlı kreditləşmə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatların açıqlanması tələb olunur", - Toğrul Əliyev qeyd edib.
Sədr müavini onu da əlavə edib ki, Mərkəzi Bank bu yaxınlarda NGFS (Network for Greening the Financial System) şəbəkəsinə qoşulub: "Bu, maliyyə sisteminin yaşıllaşdırılması üzrə mərkəzi bankların və nəzarət orqanlarının bir şəbəkəsidir. Düşünürük ki, həm bu şəbəkə, eyni zamanda hal-hazırda iştirak etdiyimiz Aqrobiznes İnkişafı Forumu kimi tədbirlər bu sahə üzrə bütün steykholderlər üzrə dialoq platformasının formalaşmasına, inkişafına təkan verəcək", - deyə o vurğulayıb.
İlahə Səlimova AMB yaşıl kredit Toğrul Əliyev