Rəsmi Tehran: İran ABŞ-ın 14 maddəlik sülh təklifini nəzərdən keçirir

Tarix: 06 May 2026 14:23

İran ABŞ-ın təklifini nəzərdən keçirir.

CNBC-nin xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, İran hazırda ABŞ-ın bir səhifə və 14 maddəlik sülh təklifini dəyərləndirir.

Qeyd edək ki, “Axios”un xəbərinə görə, ABŞ-la İran müharibənin dayandırılması və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunu imzalamağa yaxındır. Məlumata görə, Ağ Ev İranın növbəti 48 saat ərzində təklifə cavab verməsini gözləyir.

Toğrul Quluzadə sülh təklifi sülh planı İran Xarici İşlər Nazirliyi İsmayıl Bəqayi

Xəbər Lenti