Bakının Yasamal və Səbail rayonlarının bir hissəsində su kəsilib

Tarix: 27 Mar 2024 15:13

Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

"APA-Economics" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, yaranmış məhdudiyyətlə əlaqədar, qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.

Xəbər Lenti