Tramp: İran nüvə silahından imtina etməyə razılaşıb

Tarix: 07 May 2026 00:34

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar zamanı nüvə silahı əldə etmək cəhdlərindən imtina etməyə razılaşdığını iddia edib. APA xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Tramp İranın nüvə silahına sahib olmasına icazə verilməyəcəyini vurğulayıb. “İran nüvə silahına malik ola bilməz və olmayacaq. Və digər məsələlərlə yanaşı, onlar bununla razılaşıblar”, – deyə ABŞ Prezidenti deyib.

ABŞ İran Tramp nüvə proqramı

Xəbər Lenti