Mayın 9-da Moskvada mobil internet tam söndürüləcək

Mayın 9-da Moskvada mobil internet tam söndürüləcək

Tarix: 07 May 2026 10:18

May ayının 9-da Moskvada mobil internet tam söndürüləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, mayın 9-da Moskvada mobil internetə, o cümlədən veb saytların "ağ siyahısına" girişə və SMS mesajlarına müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Nazirlik evlərdəki internetin və Wi-Fi-nin normal qaydada işləyəcəyini, 7-8 may tarixlərində mobil internetə çıxışı məhdudlaşdırmağı planlaşdırmadıqlarını açıqlayıb.

Fərid Əkbərov mobil internet veb sayt internet

Mənbə: apa.az

Xəbər Lenti