Cümə axşamı, 7 May, 2026
Tarix: 07 May 2026 17:33
İrəvanda “iki stulda oturmaq” siyasətini davam etdirməyə çalışırlar, bu, Moskvada təəssüf doğurur.
APA xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Uşakov deyib ki, İrəvanda hələ də iki stulda oturma siyasətinə sadiq qalmağa çalışırlar, bu isə təəssüf doğurur.
“Belə vəziyyətdə nə qədər qalmaq mümkün olduğunu bilmirəm”, – Rusiya Prezidentinin köməkçisi bildirib.
Uşakov vurğulayıb ki, Putinin və Paşinyanın Moskvada keçirilən son danışıqlarında “bütün məsələlərə aydınlıq gətirilib”.
O, həmçinin diqqətə çatdırıb ki, Rusiya ilə Ermənistan arasındakı ikitərəfli münasibətlər daha çox “erməni dostlar” üçün sərfəlidir.
İlqar Xudiyev Uşakov Kreml Paşinyan Putin