Şənbə, 18 İyul, 2026
Tarix: 08 May 2026 01:21
Hörmüz boğazı yaxınlığında üç ABŞ esminesi İran Hərbi Dəniz Qüvvələrinin raket və dron hücumuna məruz qalıb.
Bu barədə İranın “Tasnim” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumatda hücuma məruz qalan ABŞ gəmilərinin Oman dənizinə doğru hərəkət etdiyi və İran Hərbi Dəniz Qüvvələrinin hücumları davam etdirdiyi bildirilir. .
“Tasnim”in hərbi mənbəyə istinadən yaydığı bir başqa məlumata görə isə hadisələr ABŞ-ın İranın neft tankerinə hücumu ilə başlayıb.
ABŞ İran HörmüzMənbə: apa.az