Nazir: Azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir

Nazir: Azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir

Tarix: 10 May 2026 12:06

İşğaldan azad olunmuş ərazilərdə məktəblər mərhələli şəkildə fəaliyyətini bərpa edir. APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində əhali doğma yurdlarına qayıtdıqca məktəblərin fəaliyyəti də mərhələli şəkildə bərpa olunur: “Zəngilan, Cəbrayıl, Laçın və digər işğaldan azad edilmiş rayonlarımızın məktəbləri yaxın illərdə öz ərazilərində fəaliyyətlərini bərpa edəcəklər. Artıq Şuşa şəhər 1 nömrəli tam orta məktəbi Şuşada uğurla fəaliyyət göstərir”.

Emin Əmrullayev elm və təhsil naziri azad olunmuş ərazilər məktəb

Mənbə: apa.az

Xəbər Lenti