Emin Əmrullayev: Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur

Tarix: 10 May 2026 11:52

Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, biz hazırda bu prosesin içindəyik və sistemin daha da rasionallaşdırılması ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər davam edir: “Azsaylı məktəblərə müəllim göndərilməsi ilə bağlı müəyyən çətinliklər var. Hazırda bu istiqamətdə iş aparılır və artıq müsbət nəticələr müşahidə olunur.”

Gülcahan İmanqızı Emin Əmrullayev kənd məktəbləri

Xəbər Lenti