BƏƏ və Küveytin hava məkanında PUA-lar aşkarlanıb

BƏƏ və Küveytin hava məkanında PUA-lar aşkarlanıb

Tarix: 10 May 2026 15:33

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytin hava məkanında pilotsuz uçuş aparatları (PUA) aşkarlanıb.

APA xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi bu gün Hava Hücumundan Müdafiə (HHM) Qüvvələrinin İrandan buraxılan iki PUA-nı ələ keçirdiyini açıqlayıb.

Küveyt Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, bu gün ölkənin hava məkanında bir neçə düşmən PUA-sı aşkarlanıb və müəyyən edilmiş prosedurlara uyğun şəkildə cavab tədbirləri görülüb.

BƏƏ Küveyt PUA

Mənbə: apa.az

Xəbər Lenti