Dəməşqdə partlayış olub, yaralananlar var

Dəməşqdə partlayış olub, yaralananlar var

Tarix: 10 May 2026 21:31

Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib.

SANA agentliyinin məlumatına görə, hadisə şəhərin Əl-Vurud məhəlləsində qeydə alınıb. Mikroavtobusun partladıldığı bildirilir.

Partlayış zamanı avtomobildə sürücü və ya sərnişin olmayıb. Hadisə nəticəsində yaxınlıqda olan 5 mülki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Suriya Dəməşq partlayış SANA

Mənbə: apa.az

Xəbər Lenti