Şənbə, 18 İyul, 2026
Tarix: 11 May 2026 14:54
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının 28-29 may tarixlərində Astanada keçiriləcək sammitində iştirak etməyəcək.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Paşinyan özü bildirib.
O, artıq bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi məlumatlandırdığını deyib.
Paşinyan 9 may paradında olduğu kimi, bu dəfə də seçkiqabağı kampaniya ilə məşğul olacağını əsas gətirib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı Kasım-Jomart TokayevMənbə: apa.az