Lukaşenko Belarus ordusunu quru əməliyyatlarına hazır olmağa çağırıb

Lukaşenko Belarus ordusunu quru əməliyyatlarına hazır olmağa çağırıb

Tarix: 11 May 2026 16:16

Belarus ordusunun ölkəyə mümkün hücuma qarşı hazırlığı yoxlanılmalıdır.

APA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, müasir münaqişələr göstərir ki, quru əməliyyatı olmadan qələbə qazanmaq mümkün deyil.

“ABŞ, İsrail və İranın qatıldığı son münaqişə. Bombardman etdilər, raketlər atdılar. Bəs nə oldu, qələbə qazandılar? Xeyr. Quru əməliyyatsız heç bir nəticə əldə etmək mümkün deyil”, - Belarus lideri qeyd edib.

İlqar Xudiyev Lukaşenko quru əməliyyatı

Mənbə: apa.az

Xəbər Lenti