Gəncə Filarmoniyasında “Xalqın mədəni sərvəti” layihəsi başa çatıb

Tarix: 30.03.2024 11:56

Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi başa çatıb.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində keçirilən təntənəli bağlanış mərasimində layihənin ideya müəllifi, Əməkdar artist, Filarmoniyanın direktoru Ramil Qasımov çıxış edərək layihənin musiqimizin müasir nəslə təbliğinə xidmət etdiyini qeyd edib. Həmçinin layihənin gerçəkləşməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, tabeliyində olan və layihədə iştirak edən Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə, bütün iştirakçılara dərin təşəkkürünü bildirib.

Bağlanışda Gəncə şəhər Bülbül adina 3 saylı UMM, Gəncə şəhər UİM, Samux Rayon Qarayeri qəsəbə UMM, Samux rayon Sərkar kənd UMM, Göygöl rayon Xaqani kənd UMM, Goranboy rayon Düzqışlaq kənd UMM, Samux şəhər UMM, Goranboy rayon Xan Qərvənd kənd UMM, Göygöl rayon Aşıq Şəmşir adına UMM-ləri çıxış ediblər.

Xəbər Lenti