Mayın 17-də keçiriləcək imtahanlarda 7 mindən çox şəxs iştirak edəcək

Tarix: 13 May 2026 10:26

Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7014 nəfərin iştirakı nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı təşkil ediləcək.

Qeyd edilib ki, imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

Günay Elşən Dövlət İmtahan Mərkəzi DİM imtahan

Xəbər Lenti