Moskvada dron hücumlarının foto və videolarının yayılması qadağan olunub

Tarix: 13 May 2026 19:41

Moskvada dron hücumlarının foto və videolarının dərc olunması qadağan olunub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meriyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moskva dron hücumlarının foto və videolarının dərc olunmasına məhdudiyyətlər qoyub.

Bunun ictimai təhlükəsizliyi təmin etmək üçün və feyk xəbərlərlə mübarizə aparmaq üçün lazım olduğu qeyd olunub.

Məhdudiyyətlərin Rusiya Müdafiə Nazirliyi, meriya və Moskva hökuməti tərəfindən dərc edilən məlumatlara şamil edilməyəcəyi vurğulanıb.

Fərid Əkbərov Moskva dron hücumları

Xəbər Lenti