Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 04:04
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də Türkiyə liderinin Astanaya dövlət səfəri çərçivəsində danışıqlar aparacaqlar.
APA xəbər verir ki, danışıqlarda ticarət və qarşılıqlı investisiyalar, təhlükəsizlik məsələləri və qlobal vəziyyət daxil olmaqla ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, Ərdoğan 13 may axşamı dövlət səfəri ilə Astanaya gedib.
Ərdoğan Tokayev Türkiyə Qazaxıstan