Qlobal Cənub QHT Platformasının çərçivə sənədi qəbul olunub - FOTO - YENİLƏNİB

Tarix: 14 May 2026 12:35

Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) institusional strukturu və fəaliyyət mexanizmlərinə dair çərçivə sənəd təqdim edilib.

APA xəbər verir ki, sənəd səsvermə yolu ilə qəbul olunub.

***

10:14

Gülüstan Sarayında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyası keçirilir.

APA xəbər verir ki, tədbirdə dünya əhalisinin 80%-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə, 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

Baş Assambleya müxtəlif panellərlə gün ərzində davam edəcək.

GSNP-nin ilk Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək Baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcək.

Toğrul Quluzadə

Xəbər Lenti