Cümə, 21 Avqust, 2026
Tarix: 21 Aug 2026 14:48
Quba rayonunun Çinarlı kəndində bağ sahəsində yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə ilə bağlı saat 13:00 radələrində Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Şimal Regional Mərkəzinin Operativ Məlumat Şöbəsinə məlumat daxil olub.
Yanğının söndürülməsi üçün Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və 14 nəfər şəxsi heyəti əraziyə cəlb olunub.
Yanğının təfərrüatları barədə əlavə məlumat veriləcək.
Xanım Məmmədova Quba yanğın FHN
Mənbə: apa.az