Sabiq XİN rəhbəri Azərbaycanın Qlobal Cənub ölkələri ilə bağlı rolunu yüksək qiymətləndirib

Tarix: 14 May 2026 12:25

Qlobal çağırışların müzakirəsi üçün Qlobal Cənub QHT Platforması kimi təşəbbüslər böyük önəm daşıyır.

APA xəbər verir ki, bunu BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Məşvərət Şurasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Luis Qalleqos "Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının açılış mərasimində deyib.

O, Azərbaycanın Qlobal Cənub ölkələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində rolunu yüksək qiymətləndirib.

Luis Qalleqos həmçinin Bakıda keçirilən görüşün əhəmiyyətinə diqqət çəkərək bildirib ki, qlobal çağırışların müzakirəsi üçün belə platformalar böyük önəm daşıyır.

“Bakıda bir araya gələrək dünyamızın üzləşdiyi reallıqları müzakirə etdiyimiz bir vaxtda, Qlobal Cənub Platformasının Qoşulmama Hərəkatının QHT şəbəkəsinə çevrilməsi imkanını araşdırmağı təklif edirəm”, - o əlavə edib.

İlqar Xudiyev

Xəbər Lenti