Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 12:21
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı etdiyi çıxış ətrafında müzakirələr” adlı dəyirmi masa keçirilib.
APA xəbər verir ki, BMTM-nin sədri Fərid Şəfiyev regionda müharibələrin davam etdiyini və Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təzyiqlərin olduğunu bildirib.
BMTM-nin şöbə müdiri Mətin Məmmədli Azərbaycanın regional prioritetinin sülh olduğunu deyib. O, həmçinin Ermənistanda keçiriləcək parlament seçkilərində revanşist qüvvələrin hakimiyyətə gələcəyi halda sülh prosesinin risk altına düşə biləcəyini qeyd edib.
BMTM-nin İdarə Heyətinin üzvü Cavid Vəliyev Türkiyə–Ermənistan sərhədlərinin açılması prosesinin Azərbaycanla koordinasiyada aparıldığını vurğulayıb.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Ermənistanda tarixin təhrif olunduğunu və bu məsələlərin geosiyasi alətlər kimi istifadə edilə biləcəyini qeyd edib.
Milli Məclisin deputatı Vüqar Bayramov isə iki ölkə arasında 38 məhsul üzrə ticarət potensialının olduğunu, dövriyyənin 300 milyon dollara qədər arta biləcəyini və enerji-nəqliyyat əməkdaşlığının genişlənə biləcəyini bildirib.
Dəyirmi masa müzakirələrlə davam etdirilib.
Gülcahan İmanqızı BMTM Fərid Şəfiyev