İyunda Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək

İyunda Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək

Tarix: 15 May 2026 15:36

Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək.

APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı bu tədbirin xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcəyinə əminliyini bildirib.

Ramiz Mikayıloğlu Prezident İlham Əliyev TDT Zirvə görüşü Birinci Türkoloji Qurultay

Mənbə: apa.az

Xəbər Lenti