Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 16:39
Dövlət başçılarını bu il Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarına dəvət edirəm.
APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Sentyabr ayında Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunları beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Dövlət başçılarını, həmçinin ölkə nümayəndə heyətlərini qarşıdakı oyunlarda fəal iştirak etməyə dəvət edirəm”, - Sadır Japarov qeyd edib.
Ramiz Mikayıloğlu