Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 16:15
Kibertəhlükəsizlik və rəqəmsal infrastrukturun qorunması üzrə Türk Alyansının yaradılması təklif edilib.
APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Yeni təhdidlərin qarşısının alınması və türk dünyasında vahid təhlükəsizlik məkanının yaradılması üçün ortaq mexanizmlər hazırlanmalıdır. Bu istiqamətdə kibertəhlükəsizlik və rəqəmsal infrastrukturun qorunması üzrə Türk Alyansının yaradılması təşəbbüsünü irəli sürürük”, - deyə Özbəkistan Prezidenti qeyd edib.
Ramiz Mikayıloğlu Kibertəhlükəsizlik və rəqəmsal infrastruktur Türk Alyansı