Baş katib Zəngəzur dəhlizinin TDT regionun nəqliyyat imkanlarını genişləndirəcəyini bildirib

Tarix: 15 May 2026 16:46

Zəngəzur dəhlizi kimi layihələr regionun nəqliyyat imkanlarını genişləndirir.

APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Orta Dəhliz layihəsi Türk dövlətlərinin strateji əməkdaşlığında mühüm rol oynayır. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi layihələr regionun nəqliyyat imkanlarını genişləndirir.

Bu layihələr nəqliyyat və logistika sahəsində yeni imkanlar yaradır. Biz gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində də birgə fəaliyyət göstəririk. Elektron tranzit sistemlərinin tətbiqi və logistika platformalarının inteqrasiyası yükdaşımaların sürətlənməsinə və səmərəliliyin artmasına xidmət edir”, - deyə Kubanıçbek Ömüraliyev qeyd edib.

Ramiz Mikayıloğlu TDT Baş katibi Zəngəzur dəhlizi regionun nəqliyyat imkanları

Xəbər Lenti