Şənbə, 16 May, 2026
Tarix: 15 May 2026 19:45
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşüb.
APA-nın Rusiya bürosu xəbər verir ki, görüş "Kazan Forum 2026" Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanla Tatarıstan arasında ikitərəfli əlaqələr müzakirə olunub.
Şahin Mustafayev Kazan Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə Tatarıstan Rəisini təbrik edib. Baş nazirin müavini Azərbaycanla Tatarıstan arasında çoxsahəli əlaqələrin inkişafından məmnunluq ifadə edib.
Minnixanov Azərbaycana Kazan Forumunda çoxsaylı nümayəndə heyəti ilə təmsil olunduğuna görə təşəkkür edib. O, Azərbaycanla Tatarıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin olduğunu qeyd edib.
Fərid Əkbərov Şahin Mustafayev Rüstəm Minnixanov