Cənubi Sudanda “Boeing 727” yük təyyarəsi qəzaya uğrayıb

Tarix: 01 Apr 2024 00:59

Cənubi Sudanın Malakal hava limanında “Boeing 727” yük təyyarəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “Tamazuj” radiosu məlumat yayıb.

Hadisəyə səbəb təyyarəni uçuş-enmə zolağından bir neçə metr aralıda endirən pilotun səhvi olub, təyyarənin təkərləri partlayıb və hava gəmisi çevrilib.

Qəza nəticəsində bir sərnişin xəsarət alıb.

Xəbər Lenti