Türkiyə lideri: "Millətimizin qərarına hörmətsizlik etməyəcəyik"

Tarix: 01 Apr 2024 02:15

Millətin sandıq başında verdiyi mesajları ən doğru və obyektiv şəkildə ağıl və vicdan tərəzisində ölçüb-biçərək lazımi addımları mütləq atacağıq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərindən sonra xalqa müraciətində deyib.

O qeyd edib ki, millətin və ölkənin vaxtını itirəcək müzakirələrə zamanı yoxdur:

“Millətimizin qərarına hörmətsizlik etməyəcəyik, millətlə inadkarlıq etməkdən, milli iradəyə zidd hərəkət etməkdən, millətin təqdirini şübhə altına almaqdan uzaq olacağıq”.

Xəbər Lenti