Mirzoyan: “Ermənistan hesab edir ki, ABŞ və Avropa onun əsas tərəfdaşlarıdır”

Tarix: 01 Apr 2024 03:20

Rəsmi İrəvan hesab edir ki, ABŞ və Avropa Ermənistanın əsas tərəfdaşlarıdır.

APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirliyi Ararat Mirzoyan Argentinanın "Todo Noticias" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan demokratik institutları gücləndirmək istəyir.

“Biz görürük ki, məsələn, ABŞ və Aİ əsas tərəfdaşlarımızdır”, - nazir qeyd edib.

Mirzoyan əlavə edib ki, bu yolla ölkə təhlükəsizliyi təmin etməyə çalışır.

Xəbər Lenti