Malta vətəndaşlara pulsuz "ChatGPT Plus" təqdim edəcək

Tarix: 17 May 2026 04:18

Malta hökuməti ölkə vətəndaşlarına "ChatGPT Plus" xidmətindən pulsuz istifadə imkanı yaradacaq.

APA xəbər verir ki, bu barədə "OpenAI" şirkəti məlumat yayıb. Təşəbbüs süni intellekt sahəsində savadlılığın artırılması məqsədi daşıyır.

Layihə çərçivəsində Malta sakinlərinin gündəlik həyatda süni intellekt texnologiyalarından daha səmərəli istifadə etməsi hədəflənir.

Malta ChatGPT OpenAI süniintellekt

Xəbər Lenti