İranın cənubunda avtobus qəzasında 8 nəfər ölüb

İranın cənubunda avtobus qəzasında 8 nəfər ölüb

Tarix: 17 May 2026 12:45

İranın cənubunda avtobusun aşması nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Qırmızı Aypara Cəmiyyəti Əsəluyə-Kəngan yolunda hərəkət edən bir avtobusun aşdığını, nəticədə 8 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını bildirib.

Yaralılar müalicə müəssisələrinə çatdırılıb.

Haşim Rahimi

Mənbə: apa.az

Xəbər Lenti