, 25 Yanvar, 2026
Tarix: 01 Apr 2024 18:42
Rusiyanın Belqorod vilayətinin səmasında Ukraynanın “Vampire” reaktiv yaylım atəş sistemindən atılan 17 ədəd raket zərərsizləşdirilib.
APA-nın məlumatına görə, hadisə yerli vaxtla saat 16:00 radələrində baş verib.
Yerli hökumət vilayətin ərazisində hava hücumu xəbərdarlığı elan edib.
Qeyd edək ki, ötən gecə regionun səmasında iki ədəd pilotsuz uçuş aparatı vurulub.
Fərid Azəri