Bazar ertəsi, 18 May, 2026
Tarix: 17 May 2026 22:46
Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohann Vadefulun dəvəti ilə Almaniyaya rəsmi səfər edəcək.
APA-nın Türkiyə bürosu xəbər verir ki, səfər Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin 3-cü iclası çərçivəsində baş tutacaq.
İclasda ikitərəfli münasibətlər, Türkiyə-Avropa İttifaqı əlaqələri, təhlükəsizlik və müdafiə ilə yanaşı regional məsələlər müzakirə olunacaq.
Səfər zamanı işçi qruplarının birgə iclasının keçirilməsi də nəzərdə tutulub.
Dəryanur Cəfərova Türkiyə Almaniya Hakan Fidan