Moskvada leysan yağışlar subasmalara səbəb olub - VİDEO

Tarix: 18 May 2026 10:43

Moskvada iki gün davam edən leysan yağışlar daşqınlara səbəb olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, 17-18 may tarixlərində Moskvada iki gün davam edən leysan yağışlar nəticəsində şəhərin müəyyən ərazilərində su basıb. Xüsusilə, VDNX (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzi) yaxınlığında leysan suları yol maneələrini yuyub.

Sinoptiklərin məlumatına görə, şəhər ölçmə cihazları tarixi maksimumu qeydə alıb və göstərici 1904-cü ildə qeydə alınan səviyyəni keçib. VDNX stansiyasına aylıq orta göstəricinin yarısından çoxu - 34 mm yağıntı düşüb.

Digər ərazilərdəki sakinlər də intensiv yağış səbəbindən problemlərlə üzləşiblər. Moskva vilayətinin Dolqoprudnıy şəhərində ölçmə cihazları 25 mm, Nemçinovka və Novo-Yerusəlimdə isə 19 mm yağıntı qeydə alıb. Şəhərin infrastrukturu həddindən artıq yüklənmə ilə işləyib.

Moskvada "Botaniçeskiy Sad" adlanan ərazinin yaxınlığında avtomobillər dərin gölməçələrdə su altında qalıb.

Qeyd edək ki, bu ilin mart-aprel aylarında Dağıstanda güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri təxminən 8000 evə ziyan vurub. Leysan yağışlar Çeçenistanda da ciddi problemlər yaradıb.

https://t.me/apa_az/119582

Fərid Əkbərov

Xəbər Lenti