Mayda ETN-ə 30 509 vətəndaş müraciəti daxil olub

Tarix: 18 May 2026 16:44

Mayın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 30 509 vətəndaş müraciəti daxil olub.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətlərin 4 765-i elektron qaydada, 1055-i yazılı formada, 18 094-üçağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 6 595 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb: "Daxil olan müraciətlər əsasən birinci sinfə qəbul, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, xarici diplomların tanınması, təhsil tələbə krediti və digər təhsil məsələləri ilə bağlı olub".

Günay Elşən Elm və Təhsil Nazirliyi vətəndaş müraciət

Xəbər Lenti