Çərşənbə axşamı, 19 May, 2026
Tarix: 19 May 2026 18:02
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan Belarus Respublikasının memarlıq və tikinti naziri Aleksandr Studnev ilə görüşüb.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Bakının uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətinə toxunulub, bu mötəbər tədbirdə Belarus nümayəndə heyətinin iştirakının ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
İki ölkə liderlərinin qarşılıqlı hörmətə və etimada əsaslanan uzaqgörən siyasəti sayəsində Azərbaycan və Belarus arasında münasibətlərin sürətlə inkişaf etdiyi vurğulanıb, bu çərçivədə tikinti və təhlükəsizlik sahəsində ölkələrimizin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
FHN Nazir Kəmaləddin Heydərov Belarus Respublikası memarlıq və tikinti naziri Aleksandr Studnev


Mənbə: apa.az